Lippi Çində işləyəcək
İtaliyanın məşhur futbol məşqçilərindən olan Marçello Lippi Çinin «Quançjou Everqrande» klubunu çalışdıracaq. dman.com.az saytının məlumatına görə, onunla 2014-cü ilin noyabrına qdər müqavilə imzalanıb. «Buraya gəlişimin Çin üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayıram. Bilirəm ki, məndən çox şey gözlyirlər. Əsas məqsəd İtaliya futbol konsepsiyasını Çində həyata keçirməkdir», - deyə 64 yaşlı mütəxəssis bir neçə həftə bu klubun oyunlarını yaxından izlədikdən sonra qərar verib. O, artıq futbolçuları yaxşı tanıdığını və onların potensialına bələd olduğunu qeyd edir.

Xəbər 897 dəfə oxundu.