Yenidən “Bakı”ya qayıtdı
Azərbaycan yığmasının sabiq üzvü Ramazan Abbasov yenidən “Bakı” klubunun heyətində çıxış edəcək. İdman.com.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi son mövsümdə çıxış etdiyi “Rəvan”dan rəsmən ayrılıb.

Sonuncular arxada qalan mövsümdə xoş təsir bağışlayan Ramazanı heyətində saxlamağa çalışsa da, futbolçu yetirməsi olduğu paytaxtın eyniadlı təmsilçisinə qayıtmağı üstün tutub. Abbasov 2 illik fasilədən sonra qayıtdığı “Bakı” ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ramazan “Bakı” ilə ı Azərbaycan çempionu və kuboku titullarını qazanıb.

Xəbər 1030 dəfə oxundu.