“Astana” və “Mançester Yunayted” komandaları arasındakı oyuna biletlərin qiyməti müəyyənləşib
UEFA Avropa Liqası çərçivəsində Qazaxıstanın “Astana” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında keçiriləcək oyunun biletlərinin qiyməti müəyyənləşib.

Nur-Sultan şəhərində noyabrın 28-də keçiriləcək matç üçün biletlər kateqoriyalar üzrə bölünüb. Qarşılaşmanın biletlərinin qiymətləri altıncı kateqoriya 4 min təngədən (10 ABŞ dolları) birinci kateqoriya 55 min təngəyədək (141 ABŞ dolları) dəyişir.

İki komanda arasında ilk görüş sentyabrın 19-da İngiltərədə keçiriləcək.

Xatırladaq ki, UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatmasının nəticələrinə görə, Qazaxıstan təmsilçisinin rəqibləri İngiltərənin “Mançester Yunayted”, Serbiyanın “Partizan” və Hollandiyanın “Alkmar” klublarıdır.


AZƏRTAC

Xəbər 749 dəfə oxundu.