AFFA-nın əməkdaşı “Dinamo”–“Atalanta” oyununa təyinat alıb
A milli komandamızın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç sentyabrın 18-də Zaqrebdəki Hitrec-Kacijan stadionunda oynanılacaq.

Xəbər 761 dəfə oxundu.