2021-ci ildə keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarında iştirakçıların sayı artırılacaq
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci ildə keçiriləcək dünya kuboku yarışlarında iştirakçıların sayını artıracaq.

Növbəti dünya kuboku yarışlarında 206 şahmatçının birincilik uğrunda mübarizə aparması nəzərdə tutulub. İlk mərhələdə 156 şahmatçı mübarizə aparacaq. Onlardan 78-i növbəti mərhələyə adlayacaq. Daha sonra reytinqdə ilk 50-likdə qərarlaşan şahmatçılar mübarizəyə qoşulacaq.

Hazırda Xantı-Mansiyskdə keçirilən dünya kuboku yarışlarında 128 şahmatçı birincilik uğrunda yarışır. Turnir 7 dövrədən ibarətdir. Oktyabrın 4-də yekunlaşacaq turnirin ümumi mükafat fondu 1,6 milyon ABŞ dolları təşkil edir.

Xəbər 685 dəfə oxundu.