Azərbaycandan 3 voleybolçu dəvət edildi
Qadın voleybolçulardan ibarət Serbiya milli komandasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Yaponiya paytaxtı Tokioda baş tutacaq dünya olimpiya təsnifat turniri üçün açıqlanan yekun siyahıda Azərbaycanda çıxış edən 3 oyunçu da var.

Bunlar “Rabitə” ilə Super Liqanın qalibi olan Sanya Staroviç, Nataşa Krsmanoviç və dünya çempionlarının yeni transferi Suzana Sebiçdir.

Qeyd edək ki, mayın 19-da start götürəcək yarışda 8 yığma mübarizə aparacaq və onlardan 4-ü (1 Asiya təmsilçisi olmaq şərtilə) London-2012-yə vəsiqə qazanacaq.

Xəbər 1950 dəfə oxundu.