Gənclər və İdman Nazirliyinin nümayəndələri dünya çempionatında iştirak edəcək güləşçilərlə görüşüblər
Sentyabrın 10-da Gənclər və İdman Nazirliyinin nümayəndələri Olimpiya Güləş Mərkəzində olublar.

Nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı mütəxəssis Yaşar Rzayev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla birgə sentyabrın 14-22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək güləşçilərlə görüşüblər. Onlar həm yunan-Roma, həm də sərbəst güləş üzrə millilərimizin üzvlərinə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını bildiriblər.

Yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçilərimiz sentyabrın 11-də Qazaxıstana yollanacaqlar.

Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə yola düşəcəklər.

Xəbər 1022 dəfə oxundu.