Roman Saleh “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib
Londonda keçirilən para-üzgüçülük üzrə dünya çempionatında Azərbaycan komandası ilk uğurunu qazanıb.

Komandamızın üzvü Roman Saleh 100 metr məsafəyə arxasıüstə üzmə yarışında 1 dəqiqə 1 saniyə nəticə ilə ikinci yeri tutub. Dünya çempionatında ilk iki yeri tutan idmançılar Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar. R.Saleh bu yarışda “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Komandamızın digər üzvü Şamil Şahov yarışa inamlı başlayaraq finala çıxmağı bacarsa da, yekunda səkkizinci yerlə kifayətlənməli olub.

Bununla da Azərbaycan paralimpiyaçıları “Tokio 2020”yə iki lisenziya qazanıblar. Bundan əvvəl parapauerliftinq üzrə yığma komandamızın üzvü Elşən Hüseynov “Tokio 2020”yə lisenziya qazanıb.

Xəbər 718 dəfə oxundu.