KİV əməkdaşları arasında şahmat yarışı keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə KİV əməkdaşları arasında «Azərbaycan» nəşriyyatının mükafatı uğrunda XV ənənəvi şahmat turniri keçirilir. İdman.com.az saytının məlumatını görə, yarışda müxtəlif media qurumlarından 23 jurnalist iştirak edir.

Onların sırasında idman mətbuatında tanınmış adlar – Camaləddin Rəhmanov (MOK-un mətbuat xidmətinin rəhbəri), Ceyhun Əliyev (mundial.az saytı), Kamran Hacı («İdman» qəzeti), İlkin Vidadioğlu (sportmedia.az saytı), Elgun Aslanov (sportxeber.az) da var.

Dairəvi sistem üzrə keçirilən yarış hər gün saat 16:00-da başlayır. 3 turdan sonra «İdman»ın əməkdaşı 5 oyundan 4 xal toplayaraq, liderlər qrupunda yer alıb. Rəqabətə mayın sonunda yekun vurulacaq.

Xəbər 1142 dəfə oxundu.