Cəlilabadda kunq-fu üzrə II Azərbaycan kuboku yarışının qalibləri müəyyənləşib
Cəlilabad Olimpiya İdman Kompleksində kunq-fu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında "Narkomaniyaya yox deyək!" devizi ilə keçirilən II Azərbaycan kuboku uğrunda yarış başa çatıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kunq-fu Federasiyası, Cənub İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 16 komandanı təmsil edən 200-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə əsasən, "Cənub" komandası birinci, "Neftçi" komandası ikinci, "Sarvan" İdman Klubu isə üçüncü yerə layiq görülüb.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

Xəbər 742 dəfə oxundu.