Zeedorf hələ meydandan getmək istəmir
İtaliyanın «Milan» futbol klubunun yarımmüdafiəçisi Klarens Zeedorf hələ də yaşıl meydandan getmək və butsu ayağından çıxarmaq istəmir. İdman.com.az saytının məlumatına görə, 36 yaşlı hollandiyalı futbolçu karyerasını davam etdirmək üçün özündə güc hiss etdiyini və ən azı, 2-3 il də meydanlarda olacağını deyir.

Amma o, karyerasını başqa klubda davam etdirməli ola bilər. Çünki «Rossoneri», deyəsən, onunla müqaviləni uzatmaq isətmir. «Çox güman ki, «Milan»ı tərk edəcəyəm. Lakin tam əksini də istisna etmək olmaz. Hələ qarşıda seçim etmək imkanım, üstəlik, yaxşı təkliflərim də var».

Xəbər 1066 dəfə oxundu.