"Avro 2020": Azərbaycan və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb
Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Xorvatiya oyunu üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alacaqlar.

Xorvatiya yığmasının ilk on birliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya qarşılaşması saat 20:00-da başlayacaq.

Xəbər 579 dəfə oxundu.