Futbol üzrə Azərbaycan millisi bu gün Xorvatiya yığmasını qəbul edəcək | |
Sentyabrın 9-da futbol üzrə Azərbaycan milli komandası “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığmasını qəbul edəcək. Saat 20:00-da “Bakcell Arena”da başlayacaq görüşü isveçrəli Sandro Şörer idarə edəcək. Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Dörd turdan sonra E qrupunda Macarıstan və Xorvatiya millilərinin 9 xalı var. Hər birinin 6 xalı olan Uels və Slovakiya yığmaları üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Aktivində xal olmayan Azərbaycan isə beşinci pillədədir. |
|
Xəbər 743 dəfə oxundu. |
|
|