Şahzadə Anna və Devid Bekhem | |
Bu cümə günü olimpiya məşəli Böyük Britaniyaya – Londona çatdırılacaq. İdman.com.az saytının məlumatına görə, mayın 10-da Yunanıstanda Olimpin ətəklərində alovlandırılmış məşəlin 70-günlük Britaniya turnesində 8 mindən artıq insan iştirak edəcək. Məşəli İngiltərə paytaxtına gəğtirən nümayəndə heyətində isə şahzadə Anna və məşhur futbolçu, futbol bazarının ən gəlirli futbolçusu, ABŞ-ın «Los Anceles Qələksi» klubunun üzvü Devid Bekhem də yer alacaqlar. Qeyd edək ki, olimpiya oyunlarının təntənəli açılış mərasimi iyulun 27-də keçiriləcək və həmin gün məşəl yeni inşa olunmuş olimpiya stadionunda alovlandırılacaq. |
|
Xəbər 1109 dəfə oxundu. |
|
|