“Liman” komandası həvəskarlar arasında ölkə kubokunun qalibi olub
Sentyabrın 8-də AFFA və Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçulardan ibarət komandalar arasında ölkə kubokunun final oyunu keçirilib.

“ASK Arena”da keçirilmiş həlledici qarşılaşmada Lənkəranın “Liman” və Bakının “Mübariz” komandaları qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn “Liman” ölkə kubokunun qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medal və diplomlar, qalibə isə ölkə kuboku təqdim olunub.

Xəbər 721 dəfə oxundu.