İdmançımız çimərlik güləşi üzrə Dünya Seriyasının qalibi olub | |
Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Yarışın birinci günündə qrup mərhələsinin görüşləri təşkil olunub. Güləşçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) Serbiya təmsilçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. İkinci yarış günündə - sentyabrın 8-də həlledici mərhələnin qarşılaşmaları keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub. |
|
Xəbər 733 dəfə oxundu. |
|
|