Badmintonçumuz Ukraynada keçirilən turnirdə yarımfinala vəsiqə qazanıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv İnternational 2019” turnirində yarımfinala vəsiqə qazanıb.

Dörddəbir final mərhələsində fransalı badmintonçu Toma Junior Popovla üz-üzə gələn təmsilçimiz 2:1hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda Tobi Penti ilə qarşılaşacaq.

Onaltıdabir finalda meksikalı Lino Munozu 2:1 hesabı ilə məğlub edən badmintonçumuz növbəti mərhələdə kanadalı idmançı Baqalur Rayanna Sankirti 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, 68 badmintonçunun iştirak etdiyi turnirə sentyabrın 8-də yekun vurulacaq.


Xəbər 770 dəfə oxundu.