Qarabağ və Dilbaz atlarının mübarizəsi ilə cıdır yarışlarına yekun vurulub
Sentyabrın 7-də Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən cıdır yarışlarına yekun vurulub.

Günün sonuncu - üçüncü qaçışında 4-5 yaş Qarabağ və Dilbaz atları yarışıb. 2400 metr məsafədə İsgəndər Abbasovun sahib olduğu “Laləzor” ləqəbli at rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci olub. İkinci yeri “Xan-Xan” AİK-in “Zirvə” adlı atı, üçüncü yeri isə Rövşən İbişovun “Yalanqız” adlı atı tutub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 7000 manat təşkil edir.

Xəbər 1095 dəfə oxundu.