İyirmi bir yaşadək futbolçulardan ibarət millimiz Slovakiyaya qalib gəlib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya yığması ilə qarşılaşıb.

Görüşdə Azərbaycan millisi meydana Kamran İbrahimov, Amin Seydiyev, Turan Manafov, Hüseyn Seyliğli, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Şakir Seyidov, Doğukan Öksüz, Fərid Nəbiyev və Barış Ekincier heyəti ilə çıxıb.

“Dalğa Arena”da keçirilmiş qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şimali makedoniyalı hakimlər briqadasının idarə etdiyi matçda yığmamızın heyətində Barış Ekincier dubl edib.

U-21 növbəti oyununu sentyabrın 10-da saat 20:30-da “Dalğa Arena”da Gürcüstanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirəcək.

Xəbər 763 dəfə oxundu.