Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Super finalında ilk oyununu keçirib
Sentyabrın 5-də çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Super finalında ilk oyununu keçirib.

Portuqaliyanın Figueira şəhərində millimiz Estoniya yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqləniblər.

Millimiz sentyabrın 6-da Rumıniya, ertəsi gün isə Çexiya ilə qarşılaşacaq.

Xəbər 840 dəfə oxundu.