Güləş yığmalarımızın açıq məşqi olacaq
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək.

Güləş yığmalarımız məsul yarış ərəfəsində sonuncu təlim-məşq toplanışını davam etdirirlər.

Qadın güləşçilərdən ibarət komandamız artıq Qazaxıstandadır və yerli güləşçilərlə birgə dünya çempionatına hazırlaşır.

Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz isə hazırlıq prosesini Bakıda keçirlər. Sentyabrın 6-da Olimpiya Güləş Mərkəzində komandalarımızın mətbuat nümayəndələri üçün açıq məşqi baş tutacaq. Açıq məşq yekunlaşdıqdan sonra dünya çempionatında ölkəmizi təmsil edəcək komandaların heyəti açıqlanacaq.

Xəbər 854 dəfə oxundu.