Paralimpiya yığmamız beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın əlil arabasında idman rəqsi üzrə Paralimpiya yığma komandası beynəlxalq turnirdə iştirak edəcək.

Sentyabrın 6-8-də Sankt-Peterburqda keçiriləcək dünya kuboku və Kontinent Kuboku yarışlarında ölkəmizi Fərid Mehdiyev və Vüsalə Kərimova təmsil edəcəklər.

İlk dəfə olaraq bu yarışda Azərbaycanın Uşaq Paralimpiya Komitəsinin idmançıları Rəsul Zəkiyev və Diana Batakova da güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycanın əlil arabasında idman rəqsi üzrə komandası 2013-cü ildən etibarən beynəlxalq yarışlarda iştirak edir. İdmançılarımız indiyədək müxtəlif beynəlxalq yarışlarda mükafatlar qazanıblar.

Xəbər 784 dəfə oxundu.