Azərbaycan-Slovakiya oyununun hakimləri müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcək oyunun hakimləri açıqlanıb.

Matç şimali makedoniyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Deyan Yakimovski olacaq. Ona Nikola Karakolev və Kuştrim Lika kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.

Azərbaycan-Slovakiya oyunu sentyabrın 6-da saat 20:30-da “Dalğa Arena”da start götürəcək.

Xəbər 645 dəfə oxundu.