AFFA-nın birinci vitse-prezidenti Azərbaycanın U-21 komandasının üzvləri ilə görüşüb
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

R.Əliyev milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.

Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

AFFA-nın texniki direktoru Bernhard Lippert də görüşdə iştirak edib.

Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbər 763 dəfə oxundu.