Futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turunun oyun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turunun oyun cədvəli məlum olub.

Sentyabrın 14-də “Kapital Bank Arena” keçiriləcək “Sumqayıt”–“Zirə” oyunu saat 18:00-da başlayacaq. Həmin gün “Bank Respublika Arena”da baş tutacaq “Sabah”–“Qəbələ” matçı isə saat 20:00-da start götürəcək.

Sentyabrın 15-də “Bakcell Arena”da keçiriləcək “Keşlə”–“Səbail” matçı saat 18:00-da oynanılacaq. Turun mərkəzi və sonuncu oyunu - “Qarabağ” və “Neftçi” komandaları arasında baş tutacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Zirə” (4 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

Xəbər 806 dəfə oxundu.