Ferreyra “tələbə” olmaq istəmədi
“İqtisadçı”nı tərk edən ilk voleybolçunun adı məlum olub. İdman.com.az saytının məlumatına görə, universitet komandasının yanvarda heyətinə qatdığı Braziliya yığmasının üzvü Kristina Fernanda Ferreyra yeni mövsümdə Azərbaycanda oynamamağa qərar verib. Onun vətənində və ya Bakı klubuna gələnədək çıxış etdiyi İtaliya “A” seriyasında çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, 31 yaşlı universal voleybolçu 11 illik peşəkar karyerası ərzində 4 Braziliya və 3 İtaliya təmsilçinin şərəfini qoruduqdan sonra Super Liqamıza gəlmişdi.

Xəbər 944 dəfə oxundu.