“Neftçi” çempionatda ilk qələbəsini qazanıb
Sentyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.

Vitse-çempion “Neftçi” “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 33-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu Muhdi Şərifi açıb. Fasilədən sonra oyunda dönüş yaradan “flaqman” rəqibin qapısından iki top keçirərək qalib gəlib – 2:1. “Neftçi”nin heyətində Emin Mahmudov (64) və Jozef Monroz (90) fərqləniblər.


Xəbər 740 dəfə oxundu.