Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında döyüş keçiriləcək
Sentyabrın 7-də Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə döyüşçülərin mütləq çempionatı (UFC) üzrə döyüş keçiriləcək.

UFC kateqoriyası üzrə ən güclü idmançılardan biri hesab edilən H.Nurməhəmmədov indiyədək bu kateqoriya üzrə qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb. O, UFC döyüşlərində 27 dəfə qalib gəlib. D.Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə 25 dəfə qələbə qazanıb və 5 dəfə məğlub olub.

UFC çempionu Həbib Nurməhəmmədovla rəqibi arasında keçiriləcək qarşılaşmaya biletlərin hamısı satılıb.

Xəbər 868 dəfə oxundu.