Azərbaycan hakimləri “Olimpiakos”-“RK Boraç” həndbol oyununu idarə edəcəklər
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.

Təcrübəli referilər Avropa Həndbol Federasiyasının (EHF) Kuboku uğrunda yarışda ədaləti təmsil edəcəklər.
Turnir çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan)-“RK Boraç” (Bosniya və Herseqovina) görüşü Azərbaycan hakimlərinə həvalə olunub.

Qarşılaşma avqustun 31-də Yunanıstanın Ayos İoannis Rentis şəhərində keçiriləcək.

Oyunun EHF nümayəndəsi slovakiyalı Jan Rudinski olacaq.

Xəbər 1014 dəfə oxundu.