«Mançester Yunayted»dən 10 milyon
«Mançester Yunayted», bu günlərdə «Everton»un sol müdafiəçisi Leyton Beyns üçün 10 milyon funt təklif edə bilər. İdman.com.az saytı xəbər verir ki, hazırda komandada həmin mövqedə Patris Evra fəaliyyət göstərir. Ancaq bu mövsüm o, heç də yaxşı təsir bağışlamayıb. Üstəlik, yaşı da artıq 31 olur.

Fabio Da Silvanın da yeni mövsümdən icarəyə göndəriləcəyini nəzərə alan klub mövqeni məhz Beynslə gücləndirmək fikrinə gəlib. Özü də o, Evranın dublu kimi deyil, onun yerinə gətirilir.

27 yaşlı Beynsin İngiltərə yığmasıyla Avro-2012-yə getməyə hər cür şansı var. Buna görə də Aleks Ferqyuson müqaviləni mümkün qədər tez bağlamaq istəyir. Rəsmi təklifin Premyer Liqa oyunları tam başa çatdıqdan sonra həftənin əvvəlində edilməsi gözlənilir.

Xəbər 855 dəfə oxundu.