“Neftçi”nin U-17 komandasının baş məşqçisi vəzifəsinə Elman Sultanov təyin olunub
“Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçisi vəzifəsinə Elman Sultanov təyin olunub.

45 yaşlı mütəxəssislə birillik müqavilə bağlanıb. Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.

Qeyd edək ki, futbolçu kimi 1994/1995-ci il mövsümündə “Neftçi”nin şərəfini qorumuş E.Sultanov baş məşqçi kimi “Səbail”in əsas və əvəzedici, “Keşlə”nin isə U-16 komandasını, həmçinin “Bakılı”nı çalışdırıb. “Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış mütəxəssis paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.

Xəbər 774 dəfə oxundu.