Futbol məşqçiləri üçün peşəkarlıq təlimləri davam etdirilir
AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində futbol məşqçiləri üçün peşəkarlıq təlimlərini davam etdirir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və UNICEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən keçirilən növbəti təlim Bakıda təşkil olunub.

AFFA-nın inzibati binasında sentyabrın 10-dək davam edəcək təlimdə Bakı üzrə 179 məşqçinin iştirakı planlaşdırılıb.
Xatırladaq ki, Bakı və 7 müxtəlif region olmaqla 517 məşqçi üçün nəzərdə tutulan təlim ilk dəfə avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Xəbər 795 dəfə oxundu.