Azərbaycanın U-17 komandası beynəlxalq turniri qələbə ilə başa vurub | |
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib. Yeddinci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşan komandamız 3:1 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib. Qeyd edək ki, millimiz qrup mərhələsi çərçivəsində İsrail komandasına 0:6, Ukrayna seçməsinə 2:4, Latviyaya 0:2 hesabı ilə məğlub olub. |
|
Xəbər 758 dəfə oxundu. |
|
|