Qadın güləşçilərimiz dünya çempionatına Qazaxıstanda hazırlaşırlar
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

Olimpiadaya lisenziya xarakteri daşıyan mundial ilin ən mühüm yarışıdır. Yığmalarımız məsul turnirə ciddi hazırlaşırlar.

Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız gələn həftənin ilk günlərində dünya çempionatı öncəsi son hazırlıq prosesinə start verəcəklər. Sonuncu hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində reallaşacaq.

Qadın güləşçilərdən ibarət millimiz isə artıq Qazaxıstandadır. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında dünya çempionatında iştirak edəcək 8 qadın güləşçimiz bu gündən Qazaxıstan yığması ilə birgə Nur-Sultanda təlim-məşq toplanışına başlayıb. Məqsəd yerli mühitə uyğunlaşmaq və yarışa daha yaxşı hazırlaşmaqdır.


Xəbər 782 dəfə oxundu.