Futbol üzrə U-17 komandamız qrup mərhələsində sonuncu oyununu keçirib
Ukraynanın Kiyev şəhərində təşkil edilən Viktor Bannikov beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qrup mərhələsində sonuncu oyununu keçirib.

Latviyalı həmyaşıdları ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub. Yığmamız avqustun 30-da Bakı vaxtı ilə saat 13:00-da yeddinci yer uğrunda görüşdə Litva millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsi çərçivəsində İsrail komandasına 0:6, Ukrayna seçməsinə isə 2:4 hesabı ilə məğlub olub.

Xəbər 749 dəfə oxundu.