“Qarabağ” - “Linfild” oyununun birinci hissəsi Ağdam təmsilçisinin xeyrinə başa çatıb - 1:0
UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Linfild” oyununun birinci hissəsi Ağdam təmsilçisinin üstünlüyü ilə başa çatıb - 1:0.

Birinci hissə “Qarabağ”ın çoxsaylı hücumları ilə yadda qalıb. Futbolçularımız 1:0 hesabını hissənin sonunadək qoruyub saxlaya biliblər.

Xatırladaq ki, hələlik oyunda yeganə olan qolu 6-cı dəqiqədə rəqib qapısından Xayme Romeo keçirib. Oyun bu hesabla yekunlaşarsa, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 720 dəfə oxundu.