«Çelsi» bolidə girdi
«Çelsi»nin oyunçuları «Zauber»in yeni bolidinin təqdimat mərasimində iştirak ediblər. Bunu onlar klubla «Formula-1» komandası arasındakı tərəfdaşlıq çərçivəsində ediblər. İdman.com.az saytının məlumatına görə, «Zauber»in yeni bolidinin üzərində «zadəganlar»ın loqotipi peyda olub.

İsveçrəlilərin yeni maşınının təqdimatında «Çelsi»nin baş məşqçisi Roberto di Matteo da iştirak edib. Futbolçulardan Salomon Kalu və Xuan Mata bolidə əyləşə də biliblər. Mata deyib: «Mən həmvətənim Fernando Alonsonu izləyirəm. «Formula-1» çox xoşuma gəlir. Bu, gözəl idmandı. Barselonada, Valensiyada yarışlarda Alonsonu izləmişəm. Bizim «Zauber»lə tərəfdaşlığımızın necə keçəcəyinə baxmaq maraqlı olacaq».


Xəbər 899 dəfə oxundu.