Azərbaycan Premyer Liqasının ikinci turu ilə bağlı İntizam Komitəsinin iclası keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turu ilə bağlı İntizam Komitəsinin iclası keçirilib.

Premyer Liqanın ikinci turunun “Sabah” – “Keşlə” oyununda qonaqların futbolçusu Sezar Meza Colli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında zirəlilərin baş məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb və klub 800 manat cərimələnib.

“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” futbol klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildiriblər. Qayda pozuntusuna görə kluba ciddi xəbərdarlıq edilib. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalandırılacaqlar.

Xəbər 792 dəfə oxundu.