Kaladze siyasətə keçir
Məşhur gürcü futbolçu Kaxa Kaladze futbol karyerasını başa vurmaq qərarına gəlib. İdman.com.az saytının məlumatına görə, son dövrdə «Cenoa»nın formasını geyinmiş futbolçu peşəkar futbolda 18 ilini keçirdikdən sonra idmandan uzaqlaşıb vətəni Gürcüstana siyasi karyera qurmaq istəyir:

«Bu, mənim gün həyəcanlı andı. Oyunçu karyeramı başa vururam. «Cenoa»da, «Milan»dakı həmklublarıma təşəkkür edirəm. İtaliyada keçirdiyim anlara həmişə xatıralayacağam. İndi isə xalqımın gələcəyi uğrunda mübarizə aparmaq qərarına gəlmişəm. Uşaqlarımın demokratik ölkədə böyümələrini istəyirəm. Bunun uğrunda da mübarizə aparacağam».

Kaladze karyerasını 1993-cü ildə Tbilisi «Dinamo»sunda başlayıb. 1998-ci ildə Kiyev «Dinamo»suna keçib. 2001-ci ildə «Milan»ın formasını geyinməyə başlayıb. Bu klubla İtaliya çempionu, həmin ölkənin kubokunun, eləcə də UEFA Kubokunun sahibi olub. Gürcüstan yığmasında 83 oyun keçirib.

Xəbər 922 dəfə oxundu.