Yunan-Roma güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşırlar
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.

Avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edirlər.

Qeyd edək ki, hazırlıq prosesi avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığını Bakıda keçəcək.

Xəbər 738 dəfə oxundu.