Bu gün futzal üzrə millimiz Belarus yığması ilə qarşılaşacaq
Minskdə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün Belarus yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu İqor Qriqorev, Valeri Şeptunov və Anatoli Volıneçdən ibarət hakimlər briqadası idarə edəcək.

Komandalar arasında Minskdə təşkil olunan ilk yoldaşlıq oyununda Belarus millisi 5:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

Xəbər 732 dəfə oxundu.