U-17 millimiz Ukraynadakı beynəlxalq turnirdə ikinci oyununu keçirib
Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində çıxış edən Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası avqustun 27-də ikinci oyununu keçirib.

Ukrayna komandası ilə qarşılaşan millimiz rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.

Qeyd edək ki, millimiz ilk oyunda İsrail seçməsinə 0:6 hesabı ilə uduzub.

Xəbər 742 dəfə oxundu.