1/4 finala adladı
Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. İdman.com.az saytının xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova yarışda növbəti qələbəsini qazanıb.

Milli komandamızın üzvü Rumıniya təmsilçisi Luminita Turçini üstələyib. Hesab 10:2 boksçumuzun xeyrinə olarkən rəqib idmançı döyüşü davam etdirə bilməyib. Bu qələbədən sonra 1/4 finala vəsiqə qazanan Vıstropovanın növbəti rəqibi ukraynalı Liliya Durniyeva olacaq.

Qeyd edək ki, bu, boksçumuzun dünya çempionatında 3-cü qələbəsi idi. Olimpiya oyunlarına lisenziya xarakterli yarışda digər boksçumuz Ayzinət Hacıyeva ilk görüşdəcə məğlub olmuşdu.

Xəbər 1076 dəfə oxundu.