“Fənərbağça” komandası fransalı futbolçunu transfer edib
İstanbulun “Fənərbağça” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda Fransa millisinin üzvü Adil Ramini transfer edib. “Marsel” klubundan ayrıldıqdan sonra azad agent statusuna malik olan otuz üç yaşlı futbolçu üçün “Fənərbağça” təzminat ödəməyib.

Müdafiəçi ilə “Şükrü Saracoğlu” stadionunda ikiillik müqavilə imzalanıb.

A.Rami son iki mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçu A.Rami karyerası ərzində “Lill”, “Valensiya”, “Sevilya” və “Milan”da da çıxış edib. O, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionatının qalibi olub.

AZƏRTAC


Xəbər 729 dəfə oxundu.