Cüdoçumuz Hidayət Heydərovdan bürünc medal
Azərbaycan cüdoçusu Hidayət Heydərov Tokioda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Çempionatda 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz macarıstanlı Frigies Szabo, Rusiya cüdoçusu Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və tacikistanlı Behruzi Xojazodan üstün olaraq yarımfinala yüksəlib. Komanda yoldaşı Rüstəm Orucova məğlub olan H.Heydərov bürünc medal uğrunda mübarizə aparıb. Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələn H.Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb.

Xəbər 1166 dəfə oxundu.