Rusiya, Almaniya, Türkiyə və Çexiya klublarının futbolçuları Azərbaycan millisinə dəvət olunub
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.

Yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Millinin heyətinə Rüstəm Samiqullin (“Stroqino”, Rusiya), Ayxan Arazlı (“Qarabağ”), Şahin Mürsəl (“Viedenbrück”, Almanya), Nihad Qurbanlı (“Neftçi”), Murad Məmmədov (“Səbail”), Emre Kaplan (“Başakşehir”, Türkiyə), Murad Bağırov

(“Sabah”), Nihad Quliyev (“Qarabağ”), Xəyal Muradov (“Qəbələ”), Elnur İbrahimov (“Spartak Akademiya”, Rusiya), Səbuhi Abdullazadə (“Sumqayıt”), Turan Vəlizadə (“Neftçi”), İsmayıl Zülfüqarlı (“Neftçi”), Ədilxan Qarəhmədov (“Səbail”), Tural Bayramov (“Qarabağ”), Rüfət Abdullazadə (“Sumqayıt”), Samir Məhərrəmli (“Qəbələ”), Samir Qurbanov (“Viktoriya”, Çexiya), İdris İnqılablı və Veysəl Rzayev (hər ikisi “Qəbələ”) dəvət olunublar.

Xəbər 779 dəfə oxundu.