Xorvatiya millisi Azərbaycan yığması ilə oyun öncəsi itki ilə üzləşib
Futbol üzrə Xorvatiya millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan ilə oyun öncəsi itki ilə üzləşib.

Almaniyanın “Hoffenhaym” komandasında çıxış edən Andrey Kramariç zədələnib və yaxın vaxtlarda futbolçunun əməliyyat olunacağı bildirilir.

Daha öncə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç futbolçunu ehtiyat heyətə dəvət etmişdi.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək. Matça saat 20:00-da start veriləcək.

Xəbər 680 dəfə oxundu.