Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Super finalına Bolqarıstanla oyun ilə start verəcək
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri məlum olub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları sentyabrın 5-dən 8-dək Portuqaliyanın Figueira şəhərində keçiriləcək.

Yığmamız sentyabrın 5-də Bolqarıstan, bir gün sonra Rumıniya, ayın 7-də isə Çexiya ilə qarşılaşacaq.

Xəbər 735 dəfə oxundu.