Çimərlik futbolu üzrə millimizin Avropa Super finalındakı rəqibləri müəyyənləşib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri məlum olub.

Millimiz Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları sentyabrın 5-dan 8-dək Portuqaliyanın Figueira şəhərində keçiriləcək.

Xəbər 732 dəfə oxundu.