Futzal üzrə Azərbaycan millisi bu gün Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futzal üzrə Azərbaycan milli komandası bu gün Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Minskdəki MAPİD İdman Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

Xəbər 685 dəfə oxundu.